““Uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" - Əli Əhmədov

“Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “usaqpulu verilmir” fikrini qəbul etmək istəmirəm”.

APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir. Beləliklə, Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaqpulu formasında ifadə etmək istəyirsinizsə, məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur.

635x100

Şərhlər

EJDER 2019-09-11 14:50:08

ME,BOW BOW DANIWMAQ SIZLIKDI ,ACINDAN OLEN ERMENISTAN HER UWAQA YUZ OTUZ DOLLAR VERIR,WAGIRDLERE ISTI HAVAYI ISTI YEMEK.WARA,ZARAYA BOW BOW LAZIMSIZ FORMULALARA CAMAATIN PULUNU SERF EDE BILIRSINIZ,HIYYY.UWAQ PULU BERPA OLUNMALIDI,BESDIRIN YALAN DANIWDINIZ.MILYARDLARI NAZIRLERI TEREFINDEN TALAN OLUNAN ANALOQU OLMAYAN HOKUMET HEC VAXT INKIWAF EDE BILMEZ

Alı 2019-09-11 14:50:08

Ünvanlı sosial yardım həm korrupsiya üçün münbit şərait yaradır Həm də bu sahəyə ürəklərində tutdugu məbləq qədər vəsaitin ətrafında manipuliasiya etməyə imkan verir.Amma uşaq pulu məsələsində isə konkret uşaq və konkret məbləg oldugunda belə maxinasiyaları etmək çətindir.Bu səbəbdən də sosial müavinəti dayandırıb uşaq pulu verilməsi məsələsi ortaya atılanda bundan yayındılar.

TƏKLİF: 2019-09-11 14:50:08

1-Cİ-ƏHALİYƏ İZAH ETMƏK LAZIMDIR Kİ: -UŞAQ PULUNDAN VACİB DÖVLƏTİN ƏSAS SÜTUNU-AİLƏ VAHİDLİYİNİN QORUNMASI ÜÇÜN "ÜNVANLI SOSİAL YARDIM" SİSTEMİ DAHA MÜTƏRƏQQİ BİR SOSİAL TƏMİNAT NÖVÜDÜR VƏ BU TƏMİNAT NÖVÜ DAİMİ-DAVAMLI-AKTİV ŞƏKİLDƏ ƏMƏLİ-PRAKTİKİ İŞLƏK MEXANİZM KİMİ MÜƏYYƏN OLUNMUŞ PRİNSİP-ŞƏRTLƏRƏ UYĞUN ŞƏFFAF VƏ ƏDALƏT POZULMADAN REALLAŞDIRILMASI MÜTLƏQ ZƏRURİDİR, 2-Cİ-ƏƏSMN-nin YERLİ STRUKTURLARININ RƏHBƏRLƏRİ BAKI ŞƏHƏR YASAMAL RAYONUNDAKI KİMİ HALLOGEN RƏİSLƏRİ KORRUPSİONER MARAQLARINDAN ƏL ÇƏKMƏLİ "ÜNVANLI SOSİAL YARDIM" SİSTEMİ ƏDALƏTLİ ŞƏFFAF TƏTBİQ EDİLMƏLİDİR, 3-CÜ-ƏƏSM-nin YERLİ STRUKTURLARININ RƏHBƏRLƏRİ "ÜNVANLI SOSİAL YARDIM" SİSTEMİNİ DAHA MÜTƏRƏQQİ SOSİAL TƏMİNAT NÖVÜ KİMİ MƏŞĞULLUĞUN ARTIRILMASINA YÖNƏLMƏSİ ÜÇÜN: -HƏR BİR AZTƏMİNATLI AİLƏYƏ DÖVLƏT DƏSTƏYİ STRATEJİ İNKİŞAF PLANI İŞLƏYİB HAZIRLAYARAQ ARTIQ TƏTBİQİNƏ BAŞLANILMIŞ MAL-MATERİALLARIN VERİLMƏSİYLƏ: -KƏND TƏSSƏRRÜFATININ, -biznesin VƏ DİGƏR MÜMKÜN MƏŞĞULLUQ SAHƏLƏRİ ÜZRƏ AİLƏLƏRİNİN ÖZÜNƏ MƏŞĞULLUĞUNU TƏMİN ETMƏK ÜÇÜN MƏQSƏDYÖNLÜ ƏMƏLİ-PRAKTİKİ DƏSTƏK REALLAŞDIRILMALIDIR! 4-CÜ-ƏƏSMN VƏ VERGİLƏR NAZİRLİYİ ƏHALİNİN PENSİYA YAŞINA ÇATANDA SIĞORTA PENSİYA SİSTEMİNDƏN YARARLANMASI VƏ BU SİSTENMİN XÜSUSİYLƏ AİLƏ VAHİDLƏRİNİN SOSİAL TƏMİNATINDA XÜSUSİ ROL OYNAMASI NƏZƏRƏ ALINMAQLA: TƏCİLİ: -İCBARİ VƏ KÖNÜLLÜ PENSİYA SIĞORTA SİSTEMİNİN TƏKMİLLƏŞMƏSİ, -VAHİD ÖDƏNİŞ-FİSKAL MALİYYƏ SİSTEMİ YARADILMASI-praktiki icrası MÜTLƏQ ZƏRURİDİR!

Edalet 2019-09-11 14:50:08

Men surucu iwleirem.3 uwaq atasiyam.Dovlet menim uwaglarima hecne nezerde tutmur.Amma 18 yawi olan kimi deyecey uwagivi ver aparag gulle qabagina

Son yazılar