Sarqsyanın qardaşının həbsi tələb olunur

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı Lyova Sarqsyana qarşı ittiham irəli sürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Şimal-Cənub yol dəhlizi” proqramının inkişafı və icrası zamanı yol verilən yeyintilərlə bağlı başlanan cinayət işi üzrə istintaq davam edir. İstintaqın gedişində məlum olub ki, Lyova Sarqsyan şirkətlərin seçilməsi, tikinti işlərinin həyata keçirilməsi məqsədilə 250 milyon dollar məbləği mənimsəyib. O, səlahiyyət həddini aşmaqda, dövlətə külli miqdarda maddi ziyan vurmaqda və çirkli pulların yuyulmasında ittiham olunur.

İstintaq Komitəsi L.Sarqsyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar