"Narahatlığımızı Azərbaycan hökumətinə bildirmişik"

ABŞ Dövlət Departamentinin sentyabrın 15-də keçirilən gündəlik brifinqində sualları cavablandıran sözçü Marie Harf Azərbaycan hökumətinin son addımlarından artan şəkildə narahat olduqlarını bildirib.

Amerikanın Səsinin "Dövlət Departamenti ABŞ vətəndaşı Səid Nurinin şəxsi həyatı ilə bağlı videoya dair Azərbaycan hökumətinə rəsmi etiraz bildiribmi?" sualına Marie Harf belə cavab verib: "Biz Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq insan haqları öhdəliklərinə məhəl qoymamasından, vətəndaş cəmiyyəti qruplarına qarşı addımlarından artan şəkildə narahatıq. Sizin vurğuladığınız son məsələ də buraya daxildir. Biz narahatlıqlarımızı onlara həm ictimai şəkildə, həm də rəsmi olaraq bildirmişik" ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar