Lənkəranda zəlzələ olub
Baxiş sayı:
Dərc olunub:
11/09/2019 - 17:21
Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.