Təhsil işçilərinin respublika konfransı başa çatıb

Dərc olunub: 11/09/2019 - 17:43

a5674875-adcc-4bf9-9475-9b881bf6cdd6Təhsil işçilərinin respublika konfransı keçirilib.“Report” xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə “Təhsil” televiziyasının hazırladığı “2018-2019-cu tədris ili rəqəmlərdə” adlı videoçarx nümayiş olunub.
Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Hesabat məruzəsi ilə çıxış edən C.Bayramov son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub.
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb.
C.Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıb.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva konfransın əhəmiyyətinə toxunaraq uğurla həyata keçirilən təhsil siyasətindən, əldə edilən nailiyyətlərdən və yeni tədris ili üçün nəzərdə tutulan əsas prioritetlərdən danışıblar.
Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən tələbə Fidan Əhmədova çıxış ediblər.
Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM-ın milli kurikulumun tərkib hissəsi kimi” və “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzuları müzakirə edilib.
Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb.








loading...


Fikrinizi bildirin