Eyyub müəllim, kədərini bölüşürəm!

Dərc olunub: 11/09/2019 - 17:48

eyyubQəzetlərdən oxudum, cəmiyyətmiz üçün olduqca faydalı simalardan biri olan Eyyub Hüseynova böyük itki üz verib – Kanadada yaşayıb çalışan sevimli qızı Xumar həkim dünyasını dəyişib – «Allah rəhmət eləsin!» deməyə dilim də gəlmir…

Tibb universitetini Bakıda bitirmişdi. Sonra isə… həkim olaraq özünü təsdiq etmək üçün minbir əziyyətlər hesabına Kanadaya getmiş və orada həkimlik eləmək məqamına çatmışdı…

Böyük itkidir… Nə deysən, nə yazasan?! Eyyub müəllim bu qismətin ünvanı olası sima deyildi. Allahın qəribə işlərinə mat qalmaya bilmirsən…

Başın sağ olsun, qardaş! «Sonsuz kədərini bölüşürəm!» – demək üçün yanında növbəyə dururam…
Böyük kədər hissi ilə

Mirzə AĞ






loading...


Fikrinizi bildirin