Neftin qiyməti 150 dollara yüksələ bilər

Belə bir iddia ilə BP-nin sabiq prezidenti Toni Xeyvord çıxış edib

Avropa Birliyinin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları əks təsir göstərə bilər.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə BP-nin sabiq prezidenti (2007 - 2010-cu illər) Toni Xeyvord çıxış edib.

O bildirib ki, bu sanksiyalar dünya bazarına neftin çatdırılmasına mənfi təsir edə bilər və bu, yaxın illərdə neftin qiymətinin artmasını sürətləndirəcək.

Mütəxəssisin sözlərinə görə, dünya, enerji təhlükəsizliyi məsələsində ABŞ-dakı şist qazı bumuna inandırılıb. ABŞ-da 2008-ci ildən hasilat 60% artıb. Hələlik bu amil imkan verir ki, Rusiya idxalının azalmasını Amerika enerji resurslarları kompensasiya etsin. Amma ekspert bu prosesin bir müddət sonra mümkün olmayacağını qeyd edir. Xeyvordun sözlərinə görə, İraqdakı mövcud vəziyyət 2020-ci ilə kimi bu ölkədə neft istehsalının ikiqat artırılmasına şübhələr yaradır. Bu proses eyni zamanda Liviya üçün də şamil edilir. Eyni zamanda, sanksiyalar səbəbi ilə Arktikanın istifadə olunmamış yataqları və Sibirdə şist qazının böyük ehtiyatlarında istehsal azalacaq.

Bundan başqa, sanksiyalar bir sıra ortaq müəssisələrin fəaliyyətini təhlükə altına qoyur. Bu cür şirkətlərə Arktik dənizlərində birgə neft çıxardan "Rosneft" və "Exxon Mobil"i misal çəkmək olar.

Toni Xeyvordun fikrincə, ABŞ-ın şist dəstəyi olmasa dünyada 1 barel neft 150 dollara yüksələ bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar