MİRŞAHİNLƏ SƏRDAR CƏLALOĞLU ARASINDA QARŞIDURMA - VİDEO


Baxiş sayı:
1284
Dərc olunub:
11/09/2019 - 20:43
Bu gün Park İnn otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Musavat.com-xəbər verir ki, sözügedən görüşdə ADP sədri Sərdar Cəlaloğlu və “Real TV”-nin rəhbəri Mirşahin Ağayev arasında qalamaqal yaşanıb.
Mirşahin Ağayevin çıxışı zamanı Sərdar Cəlaloğlu müdaxilə edib. Bu zaman Mirşahin Ağayev ona sözünü kəsməməsi üçün xəbərdarlıq edib.
Qarşılıqlı mübahisə zamanı Sərdar Cəlaloğlu “Allah Cəlal Əliyevə rəhmət eləsin….” ifadəsini işlədib. Bundan sonra qarşılıqlı söz davası olub.
Musavat.com sözügedən dialoqun video yazısını təqdim edir:
Şərhlər
Simasızlıq baş alıb gedir bu məmləkətdə.Gör bu Dövlət kimlərə möhtac qalıb....Nictoyestvo..
Sərdar Cəlaloğlu digərləri ilə müqayisədə daha obyektiv görünür. Mirşahinə gəldikdə isə söz tapmaq çətindir. Xamilyonları sevmirəm.