Balakəndə "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb 

Balakən rayonunda "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Balakən Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, əməliyyat-axtarış tədbirləri zamanı bir müddətdir məsuliyyətdən yayınaraq qaçmağa müvəffəq olan Mahalar kənd sakini, "Tərəkəmə Kamil" ləqəbli narkobaron Kamil Həsənov tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı onun tanışları - Elvin Süleymanov, Elçin Qarayev, Akif Umarov, Rauf İsmayılov, Rəsul İsmayılov, Ceyhun Namazov, İlham Mahatov, Zülfüqar Xəlilov və Ramiz Mahatov ilə əlbir olduğu müəyyənləşib. Meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu və 446 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar