Polşa hökumətinə xanım pediatr rəhbərlik edəcək

Polşa prezidenti Bronislav Komorovski Yeva Kopaçı baş nazir vəzifəsinə təyin edib.

APA – nın məlumatına görə, ixtisasca həkim-pediatr olan Y. Kopaç bu vəzifədə Donald Tusku əvəzləyəcək.

Yaxın zamanlarda Y. Kopaç yeni hökuməti formalaşdırmağa başlayacaq.

Qeyd edək ki, avqustun 30-da D. Tusk Avropa Şurasının sədri vəzifəsinə təyinat alıb. O, səlahiyyətlərinin icrasına dekabrın 1-dən başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar