Bakıda ehtiyat hissələri satılan şirkətdə oğurluq olub

Dərc olunub: 11/09/2019 - 23:26

ogurluqBakının Xəzər rayonunda avtomobil ehtiyat hissələri satılan müəssisədən oğurluq edilib.

APA xəbər verir ki, cinayət faktı Şüvəlan qəsəbəsində yerləşən “Status Avto” MMC-də qeydə alınıb. Bu barədə qurumun direktoru Vüqar Əzimov Xəzər RPİ-yə məlumat verib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, oğurluq əməli qurumun sürücüsü Ağahüseyn Abidinov tərəfindən törədilib. O, şirkətə məxsus akkumulyatoru və 190 litr benzini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.








loading...


Fikrinizi bildirin