“Baku Steel Company”də partlayış olub - Ölən və yaralananlar var

“Baku Steel Company”də partlayış olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar