Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

Dərc olunub: 12/09/2019 - 12:14

565d79f8e65e233“Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”.

Bunu APA-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, – Ç. Abdullayev vurğulayıb.

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: “Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”.

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib.








loading...


Fikrinizi bildirin