Elina Hacıyevanın intihar işinə xitam verilib

Elina Hacıyevanın intihar işinə xitam verilib.Bu barədə APA-ya E.Hacıyevanın ailəsinin hüquqi nümayəndələri Emin İsayev və Sevinc Əliyeva məlumat verib. Onların sözlərinə görə,hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan istintaq bu işə xitam verib. İstintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirilib və yekunlaşdıqdan sonra baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda həmin iş üzrə məhkəmə keçirilir.

635x100

Şərhlər

EJDER 2019-09-12 12:33:47

MALADES,BUNA ISLAHAT DEYILIR.HA HA HA .HESAB EDIREM KI, HAKIMLARIN MAAWI BEW QAT QALDIRILMALIDI.HA HA HA .BEW VEKIL BELE GELDI,IW NEZARETE GOTURULDU ...HAMISI BOW WEYDI.NE MEHKEME,NE EDLIYYE...

t.ədalət 2019-09-12 12:33:47

Elinanın ölümünə səbvəb olanlar və bu cinayət işini azdırmağa çalışanlarla cəbhə xəttində əsgərlərimizi qətl edən erməni-rus hərbiçiləri arasında heç bir fərq yoxdur.Günahkarın cəzasını Allaha ismarlıyaq!Allah baiskarların cəzasını verəndir!

Elli 2019-09-12 12:33:47

Elinanın işinə xitam verən hakimlərə "malades" düşür.

Son yazılar