"Bir ölkə sakini ərzaq məhsullarına hər ay 154,5 manat xərcləyib" - Rəsmi

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 mlrd. manata bərabər olub.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 12,2 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

“Cari ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,1%-i isə bazar və yarmarkalarda satılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb”, - deyə Komitənin məlumatında qeyd olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb. İllik müqayisədə bu göstəricilər müvafiq olaraq 5,1% və 3,6% artıb.

635x100

Şərhlər

t.ədalət 2019-09-12 13:18:00

Ölkədə qoyun əti on dörd manata satılır.Ət mafiyası ilin sonuna kimi bu qiyməti bir az da qaldıracaq.Onlar ölkəyə gətirilən ətə öz qadağalarını qoyublar.

Rəhim 2019-09-12 13:18:00

Dövlət statiindi statitiska Komitəsinin məlumatları həmişəki kimi ynlış və əsassızdır.Keçən ilin avqust ayında gavalını kiloqramı 50-60qəpik olduğu halda indi 2.5-3.0 manatdır.Alma və digər meyvələr də keçən ilə nisbətən xeyli bahadır.Yanlış məlumalara daha inanmaq mümkün deyil. Statistika Komitəsi reallıqla barışmalı və aldadıcı məlumatları hazırlamaqdan vaz keçməlidir.Misal: Azərbaycan əhalisinin həqiqi sayını yalandan 10 milyona çatdırıb hətta möhtərəm Prezidenti aldatmaq nə deməkdir?

Son yazılar