"HÖKUMƏTDƏ XƏYANƏTKARLAR VAR" - "Dost düşmən, düşmən də dost olub"

"Bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır, niyə mövqe bildirmirlər?"

"Təbii, bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar mövqe bildirməyə də bilər. Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?! Cənab Prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?! YAP-ın 700 minə yazın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?! Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmirlər?"

"AzPolitika.info"-nun məlumatına görə, bunları 2000-2005-ci illərdə Milli Məclisin deputatı, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev "modern.az" saytına geniş müsahibəsində deyib.

YAP Siyasi Şurasının üzvünün fikrincə,  hazırda parlamentdə təmsil olunan YAP-çı deputatların susması da, onların kimlərdənsə qorxması ilə bağlı deyil: "Qorxmurlar... “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır".

Musa Musayev parlamentin komitə sədri Eldar İbrahimovun məlum qalmaqallı açıqlamasını müdafiə edib: "2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab Prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir".

Sabiq deputatın fikrincə, YAP-a başqa partiyadan gələnlərə də etibar etmək olmaz: "Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki,  müxalifətdə olanlar iqtidara,  iqtidarda olanlar  müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər".

Musa Musayev deputat Siyavuş Novruzovun da açıqlamalarını dəstəkləyib: "Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab Prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?!"

M.Musayev iri biznesi olan şəxslərin deputat mandatı daşımasının qanunsuz olduğunu bildirib: "Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Sön dövrlərdə bəzi deputatlar haqqında yazılanları oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibdirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir...

Kimlərinsə adlarına keçirib bizneslə məşğul olsalar da, bəllidir. Azərbaycan kiçik dövlətdir. 10 milyonluq əhaliyik. Bir-birimiz haqqında məlumatları bilirik. Dəvə girir kolluğa, elə bilir ki, onu görən yoxdur. Bu belə deyil. Gizli heç nə yoxdur. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının biznesi də, hoteli də olsun. Ancaq dövlət məmurları korrupsiyaya qurşanıb, dövlətin milyonlarını, milyardlarını talayıb gedib biznes şəbəkəsi quracaqlarsa, cənab Prezidentimizə qarşı kampaniya təşkil edəcəklərsə, onları lənətləyirəm. Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!"

Musa Musayevin fikrincə, hazırda həm parlamentdə, həm hökumətdə xəyanətkar və satqın insanlar var: "Bu insanlar həm parlamentdə, həm hökumətdə də, həm də digər icra strukturlarında var..."

AzPolitika.info

635x100

Şərhlər

elmira mehdiyeva 2019-09-12 19:29:02

onlari lenetlemek deyil qanunlara uyqun mesuliyyete celb etmek lazimdir

Könö 2019-09-12 19:29:02

Mən bir seçici kimi deputatlarımıza təklif edirəm ki "Əmək məcəlləsi haqqında qanuna" dəyişiklik edilsin, "işəgötürən" sözü "çörək verən", "işçi" yerinə "çörək yeyən" sözləri ilə əvəz olunsun. Əgər bu qanun qəbul olunarsa deputatlarımız analoqu olmayan bir ilkə imza atmaqla ölkəmizin başını uca etmiş olarlar.

Köntö 2019-09-12 19:29:02

Mən bir seçici kimi deputatlarımıza təklif edirəm ki "Əmək məcəlləsi haqqında qanuna" dəyişiklik edilsin, "işəgötürən" sözü "çörək verən", "işçi" yerinə "çörək yeyən" sözləri ilə əvəz olunsun. Əgər bu qanun qəbul olunarsa deputatlarımız analoqu olmayan bir ilkə imza atmaqla ölkəmizin başını uca etmiş olarlar.

eloqlu 2019-09-12 19:29:02

derd ))))))

Alı 2019-09-12 19:29:02

YAP artıq dəfələrlə ən yüksək səviyyədə YAP-ın evini yıxanlara bagırır kibagırır ki, "mövqeyinizi bildirin".Onların da cavabını (cavabsızlıgını) təxminən belə başa düşmək olar; "Əşi belə bildirmirəm.Və əcəb edirəm.Əlindən gələni başına sürt...."Bax belə.Hakimiyyət 2003-cü ildən başlayaraq YAP-ın funksionerlərinin əl qolunu baglayıb oliqarxların ayagının altına atdı.İndi çətinə durumda bu funksionerləri adam yerinə qoyarlarmı?...

Köntö 2019-09-12 19:29:02

Musa müəllim düz deyir, kollektivin qayğısına qalmaq lazımdır.Ümumiyyətlə bu mövqe bildirməmək məsələsi bütün dünyada yayılıb.Bu yaxınlarda Vaşiniqtonun çayxanalarının birndə Trampın dalıycan danışıblar.Həmin vaxt da Trampın bu yaxınlarda vəzifədən çıxartdığı eks müşaviri Con Bolton da orada olub və heç cınqırında çıxartmayaraq mövqe bildirməyib.Tramp da bu məsələni ona çatdıran adama deyub ki, Con Boltona deyin ki verdiyim çörək onun gözündən, burnun deşiklərindən gəlsin.

O.B.N 2019-09-12 19:29:02

Onlar KПСС -dən ac AXC-yə, AXC-dəndə ac YAP-a gəliblər və tox oldular.Gəmi batan kimi oradan da qaçacaqlar

müxbir 2019-09-12 19:29:02

Musa kişi cox gözəl məqama toxunur.Dost düşmən, düşmən isə dost olub. Buna nail olanlar Musa kişi hec səsini sixararlarmı? Məgər hec kim bilmir ki Musaqulu Arifin oğlu Rauf 2003 çü ildə qacib xarici səfirlikdə gizlənnərkən bu iqtidar haqqında nələr yazıb, hansı kompaniya aparirdı? Meydandkı qarşıdurmada xüsusi fəallığı olduğuna görə həbs edilmədimi? Sonra nə odu siz demişkən vəzifə aldi MŞ da, ev, mülklər, bahalı maşınlar, ofis və nəhayət Əli Həsənovun şəxsi təqdimati ilə ORDEN də almadımı?Can qoyanlardı?

Oqtay 2019-09-12 19:29:02

Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!” Bu fikirdən belə başa düşdüm ki bunlab hamısı iş qabiliyyəti olmayan adamlardırlar və bunlara çörək verib sədaqət gözləyirlər Orden medalı da onlar qazanmayıb onlara veriblər ki sədaqətli olsunlar.Deməli orden alanlsar layiq deyillərmiş Bu da bu YAPçınin düşüncəsi məntiqi.Bu hələ deputat da olub üstəlik bir rayona rəhbərlik edib Elə ona görə də bu gündəyik

Geber 2019-09-12 19:29:02

Müşahidələrimə ğörə həkimlərin çoxu mübarizə apardiqlari xəsstəliklərdən psixiatorlar isə çox vaxt tənhaaliq və dəlilkdən ölürlər.Bu yanaşmanin dəqiq elmi izahi olmaasa da bir çox hallarda dominanta qismində söz cadulari fəsilinə aid edilməsinə israrliyam. Norkomaniyani müalicə edən həkimlərin uşaqlarinin norkoman olmaq ehtimali diğər peşə sahiblərindən çoxdur yazsam mübahisəyə yer qalmaz. Yap deputatlarinin sərvəti filan bəsməkan kim kimin çörəyini yeyib kimi məişət ritorikasinin siyasi ğündəmə ğəlməsi dartma yaxam cirilmaz mənşəli arxaik instinktlərin keçmişə yuklənən ab havasi bu sözlərə qulaq asanlar üçün %_utanç və qinaq mənbəyi olmursa , deməli bizlər modern olmaqa yaramayan toplumuq , bizlər hər an bir təkanla mədəni davraniş etikasini qapali xirda xalqlara məxsus sektant dünya ğörüşümüzlə əvəzləməkdə tisbağalara məxsus qina ğirmək və müdafiyyə olunmaq instinktlərimiz hər şeydən irəlidir necə ki söz var :_ qarin qardaşdan irəlidir. 1. Əsl həqiqət odur ki , deputatlar birinci millioner olub sonra isə deputat . Əksini deyən naşidir. Siz də çalişin ğörün bu şücaiyyəti dar qapilar arasinda təkrarlaya bilrsizmi ? 2. Deputat milyonerlər ilkin birinci milyoner olub , sonra isə deputat. Onlar iqtisadiyyatin qizil yumurta ğətirən insanlaridir onlar deputat mandatinin tisbaqa qinina məcburi ğiriblər onlari nə dəsə suçlayanlar :_qeyri ciddi formada camaati dolandirmaqi bacaranlara ziyanvər insanlardir lakin bundan xəbərsizdirlər. 3. Sosial psixopatiya nəzəriyyəsinə ğörə Siyavuş Novruzovun bəyanətlərinin istifad müddəti 2016 -ci il tarixinə bitmiş kimidir və yaxud qismən yeri olmuşdursa da , indi isə nonsens qeyri ciddi niyyətinin tam əksinə düzlənən effekti verir. 80 ci illərdə KQB-nin baş analitikinə Andropov sual verir : _Düzünü de , Polşada Qdanskda nə baş verir ? amerika filan bəsməkan , yox !!! , mənə həqiqət lazimdir Siyasi Buronun fikrini bilirsən və bu fikirlətə uyqu nmənə yalan lazim deyil. Analitik deyir : Yoldaş Andropov polyaklar katoliklərdir amerikanlar plyaki roma Papasi ediblər , katoliki koomunist etməyin resseptini yalniz STALİN bilirdi Sizlər yox , ressepti verin işləyək , yoxdursa nəqədər ki məhsul qiymətdədir çürüməyib , yumşaq yolla qərblə alverə ğetmək lazimdir. Bizlərdə ğəlin boynumuza alaq , qapinin işərisinin torpaq almaq villa tikmək maşin filan mal mülkün katolikləryik və hər birimiz diğərimizi həkim kimi müalicə etmək istəsək də özümüz həmin xəstəliyin qurbanlariyiq , psixiatr şair və yaziçilarimiz malmülk dəlilərini açliqdan müalicə edə bilməmələrindən dəli olmuşlardir. Bizə həqiqət lazimdir Hakimiyyəti aldatmaq yox. Həqiqətin qiyməti isə məndən bir vərəqli analiyik yazi və əvəzində mükafat vəssalam

pensioner 2019-09-12 19:29:02

Bu hardan ortaya çıxdı?

Elli 2019-09-12 19:29:02

əgər o çörək xalqa verilsəydi indi hər şey başqa cür olacaqdı, təəsüüf...................

yalçın 2019-09-12 19:29:02

əşşi yox də..di get boylum..həqqən7

Ekspert1 2019-09-12 19:29:02

Musa Musayev, bəs sən indiyə kimi hardasan? Səsin niyə indi çıxır. Cavabı var.Yiğdın qurtarıb."Bəlkə də qaytardılar"

Sahib 2019-09-12 19:29:02

.....Mənim neçə dostum köhnə YAP-çıdır,YAP-ı yaradanlardandırlar.Əqidəli, təmiz biri olan bu kohnə YAP-çılar elə öz partiyasının üzvləri tərəfindən əzilib, sındırılıb, bir tikə çörəyə möhtac qoyulublar.İndi hamı YAP-ı yaratdıqlarl üçün bu yazıqları söyür.

fazil 2019-09-12 19:29:02

Əslində YAP çoxdan hakimiyyətdə deyil.YAP-ın hakimiyyətdəki güçü Siyavuşun güçünə adekvatdır.Yəni ara sıra danışmaqdan başqa heç nəyə yaramır....

vətəndaş 2019-09-12 19:29:02

bunlar milyardları mənimsəyib elə harınlaqyıblar ki indi də bir-birini ittiham edir. Razborka gedir kim millətə nə qədər atıb? Bunlar millət torpaq vətən artıq heç veclərinə deyil...

Alı 2019-09-12 19:29:02

Bu gün YAP-a transfer olmuşlar .... və bu onların "çörək agacı"dır. Onlar hər an satmaq və satılmaq üçün məqam axtarır.Bu onlara əlavə gəlir gətirir.hakimiyyət də bunların bu profesionallıgını çox səxavətlə mükafatlandırdı.İndi bu professionallar yıgdıqlarının əllərindən alına biləcəyindən cöx əndişələnir və onu əllərində saxlamaq üçün şeytanın özü ilə də ortaqlıga hazırdırlar.

Son yazılar