"KRIM UKRAYNA ƏRAZİSİDİR" -  Azərbaycan “seçkilər”i tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildiirb.

XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin "seçkiləri" tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır", XİN rəsmisi əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar