Cüdoçularımız Avropa çempionatının ilk günündə üç medal qazanıb

Finlandiyanın Vantaa şəhərində keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulub. 60 kq-da yarışan Rövşən Əliyev gümüş, Əhməd Yusifov isə bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. İbrahim Əliyev üçüncü yer uğrunda qarşılaşmada Davud Abbaslını məğlub edib.

Qadın cüdoçulardan isə Şəfəq Həmidova, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) medal qazana bilməyiblər.

Beləliklə, Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 3 medal qazanıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar