"Nikol Paşinyan regionu təhlükəli məcraya sürükləyir" - Xələf Xələfov

"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir".

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Müstəqillik Günü münasibətlə keçirilən rəsmi qəbul zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəklərini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: “Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq”.

635x100

Şərhlər

Mesud 2019-09-12 20:45:23

Dəvə dəlləklik edir köhnə hamam içində, xalaf müəllim də xin-də.

Qulu 2019-09-12 20:45:23

2 daşın arasında REGİONUN təhlükəsizliyini araya soxmaqla kimin başını aldadırsınız.Paşinyan 1-2 bəyanatıla müharibə edərək torpaqları almaq istəmədiyinizi,və bu məsələdə xalqın aldadıldıgını sübut etdi.....

Qarabağ İcmaları 2019-09-12 20:45:23

Doğru qeyd edibsiniz Rəsmən və Hərbi-genosidlə Qarabağı, ətrafını işğal etmiş Ermənistan Artsaxla de-fakto 26 ildən çoxdur Azərbaycan və BMTni də saymadan sərbəst yaşayırlar. KTMTyə əlavə NATO və Aİ ilə də sazişlər də bağlayıblar. Sizlərin Qarabağ siyasətinizə işğalçı və beynəlxalq qurumlar boşuna "bir qarışını işğalda qoymayacağıq!", popuqay şüarı kimi reaksiya verirlər. Deməli, Azərbaycan həll etməlidir. Azərbaycan dövləti isə susur?

Son yazılar