Gürcüstanda televiziya kanalına kiber hücumu oldu - Vacib fayllar şifrələnib

Gürcüstanın Birinci kanalının serverinə xarici müdaxilə nəticəsində kiber hücumu olub.

Bu barədə teleşirkət məlumat yayıb.

Kiber hücumu nəticəsində bu gün yayımçının şəbəkəsində virus yayılıb. Virus Birinci kanalın serverində vacib faylları şifrələyib və pozub.

Digər serverlərdə virusun qarşısını almaq mümkün olub.

Faktla bağlı Birinci kanal Gürcüstanın Daxili İşlər Nazirliyinə məlumat verib/Report.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar