TOVUZDA SABİQ MƏHKƏMƏ SƏDRİ GÜLLƏLƏNDİ - Hadisənin səbəbi açıqlandı + Fotolar

Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub. “Report”un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən proses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.

Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.

Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri “Report”un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi “TT” markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb.Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Faktla Bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

AzPolitika.info

[gallery size="full" ids="550590,550592,550593,550594,550595,550591"]

635x100

Şərhlər

NURəddin 2019-09-13 11:27:01

HÖRMƏTLİ AZPOLÖTİKA MƏTNİ YANLIŞ ANLADIĞIM ÜÇÜN MƏRHUM F.ƏLƏKBƏRLİ HAQDA ŞƏRH BÖLÜMÜNDƏ ƏDALƏTSİZ FİKİR İFADƏ ETMİŞƏM.VƏ BUNUN ÜÇÜN MƏNƏN ƏZAB ÇƏKİRƏM. BÜTÜN OXUCULARA BƏYAN EDİRƏM Kİ, BU GERÇƏKDƏN DƏ MƏTNƏ TƏLƏSGƏN YANAŞMAMIN SAYƏSİNDƏ BAŞ VERİB.MƏRHUMUN RUHUNDAN VƏ YAXINLARINDAN ÜZR İSTƏYİR,ONA ALLAHDAN RƏHMƏT DİLƏYİR, DAİMİ OXUCUSU OLDUĞUM AZPOLİTİKADANSA ŞƏRHLƏRİMİN DƏRHAL SİLİNMƏSİNİ XAHİŞ EDİRƏM.

NURəddin 2019-09-13 11:27:01

Mənim fikrimcə keçmiş məhkəmə sədri öz çirkin əməli ilə sıravi, sıradan bir vətəndaşı təngə gətirmiş, onu israrla və israrla cinayət törətməyə məcbur etmişdir.Mərhumun üzərində ölüm faktının gerçəkləşdiyinə baxmayaraq şiddətli şəkildə cəzalandırılmalıdır.

Son yazılar