“20 – dən artıq erməni özünü öldürməyi planlaşdırır” - Bələdiyyə sədri

Bu günlərdə Niderlandın nüfuzlu “Volkskrant” qəzetində bu ölkədən sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə geniş yazı gedib. Bu barədə məlumatı Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov verib.

Yazıda əsasənt Niderlandın Den Boş (Den Bosch) bələdiyyə başçısının ədliyyə və səhiyyə nazirlərinə yazdığı məktubdan söhbət açılıb, Ermənistandakı iqtisadi və siyasi durumun olduqca acınacaqlı olduğu qeyd olunub. Yazıda həmçinin psixoloqların fikirlərinə də xüsusi yer ayrılıb. Bələdiyyə başçısı xüsusi qeyd edib ki, Ermənistandakı acınacaqlı durumla bağlı insanlar ora qayıtmaq istəmir. Hətta bir neçə erməni özünü öldürüb: “Məndə olan məlumata görə, tək bizim bələdiyyədə 20–dən artıq erməni özünü öldürməyi planlaşdırır. Mən burda on səkkiz ildir ki, bələdiyyə başçısıyam, heç vaxt belə şey görməmişəm” – deyə bələdiyyə başçısı nazirlərə ünvanladığı müraciətdə qeyd edib.

“Aidiyyəti vəzifəli şəxslər, o cümlədən psixoloqlar Yeravandakı Nork adlı ruhi xəstələr üçün olan xəstəxananın durumu ilə də maraqlanıblar ki, böyük ehtimalla burda məqsəd psixi problemi olan ermənilərin orda müalicə olunma ehtimalını araşdırmaq olub. Bir nəfər adı çəkilməyən şəxs, hansıki Niderlandda status alıb, danışıb ki, onun bir qonşusu Azərbaycana qarşı vuruşub və müharibədən gələndə ağır psixoloji travma alıb. Müalicə məqsədi ilə Norka aparıblar və nəticədə o, bir neçə ildən sonra geri dönəndə danışa bilmirmiş, bir zombiyə çevrilib. Daha sonra yazıda bu ilin birinci rübündə 1115 erməninin qaçqınlar yerinə müraciət etdiyi qeyd olunub. Başqa bir psixoloq isə bildirib ki, geri göndərilən ermənilərlə Ermənistan polisi köhnə KQB variantı ilə davranır. Yazıda əsasən Niderlandda status ala bilməyən ermənilərin geri göndərilməsinin, Ermənistandakı hazırkı ağır iqtisadi və siyasi duruma görə, mümkünsüzlüyünə diqqət çəkilib”, - deyə V.Abbasov bildirib.

Elnur Eltürk

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar