Ukrayna və Avropa parlamentləri assosiasiya sazişini ratifikasiya etdi

Ukrayna parlamenti sentyabrın 16-da Avropa Birliyi ilə geniş inteqrasiyanı nəzərdə tutan assosiasiya sazişini ratifikasiya edib. Avropa Parlamenti də eyni vaxtda sazişi rəsmiləşdirib.

“Media forum” saytı xatırladır ki, assosiasiya sazişinin siyasi bölümü martın 21-də, iqtisadi hissəsi iyunun 27-də imzalanıb.

Ukrayna parlamenti assosiasiya sazişini ratifikasiya etdikdən dərhal sonra ölkə prezidenti Pyotr Poroşenko qanunu imzalayıb.

2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, bu il fevralın 22-də prezident Viktor Yanukoviçi postundan uzaqlaşdırıb.

Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar