“Mehriban xanım, mənə kömək edin!” - Yetim qız birinci vitse-prezidentə müraciət etdi + VIDEO

Mingəçevir şəhəri D.Əliyeva küçəsi ev 2 mənzil 50 ünvanında qeydiyyatda olan İsrəfilova Gülnar Əvəz qızı Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, düşdüyü acınacaqlı durumdan çıxmaq üçün ona yardım etməsini xahiş edib.

“APolitika.info”nun da redaksiyasına göndərilən həmin müraciətdə qeyd olunur ki, G.İsrəfilova anası Əliyeva Zenfira Müzəffər qızını 17 avqust 2019-cu ildə itirib.

Anasının xeyriyyəçi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən döyüşçülərə yardım edən bir şəxs olduğunu bildirən G.İsrəfilova onun son illərdə xəstəlikdən əziyyət çəkdiyini və bu üzdən bütün imkanlarının tükəndiyini qeyd edir. Bildirir ki, yaşadığı mənzili belə sataraq, anasının müalicəsinə xərclədiklərindən bugün kirayələrdə qalıb. Lakin anasını xilas edə bilməyib.

Hazırda tək, kimsəsiz və acınacaqlı durumda qaldığını deyən G.İsrəfilovanın Mehriban xanıma ünvanladığı videomüraciəti təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar