Krım Tatarları Məclisinə hücum

Sentyabrın 16-da Simferoplda Krım Tatarları Məclsinin binasını avtomat silahlılar mühasirəyə alıblar, binada axtarış başlayıb.

İçəriyə və içəridən heç kim buraxılmır. Məclis binasında yerləşən, Krım tatarlarına məxsus “Avdet” qəzetinin redaksiyasında da axtarış aparılır. Bu barədə yerli mənbələr məlumat verib.

Səhər Krım Tatarları Məclisinin üzvü Eskender Bariyevin mənzilində axtarış aparılıb. Onun kompüter texnikası müsadirə olunub.

Məclis binasında islam ədəbiyyatı axtarılır və sənədlər müsadirə olunur, bu barədə Krım Tatarları Qurultayının üzvü Kurtseyit Abdullayev bildirib. Onun sözlərinə görə, axtarış Məclisin bazar günü ilhaq edilmiş Krımda keçirilmiş seçkiləri boykot etməyə çağırması ilə əlaqədardır.

“Krım tatarları qorxudulur, çünki Məclis Krım tatarları xalqının yeganə nümayəndələr orqanıdır”, deyə Abdullayev bildirib.

Bazar ertəsi Məclis binasına hücum edilib. Maskalı üç naməlum şəxs qapıları bağlayıblar, bir nəfər fasaddakı Ukrayna bayrağı borusuna çıxıb və onu qırıb.

Bu arada, Məclis rəhbəri Refat Çubarov bildirib ki, işğalçı hakimiyyətin Krımda təyin etdiyi seçkilər təkcə Krım tatarları deyil, digər millətlərin nümayəndələri də boykot ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar