Hökumət gələn il iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

2020-ci ildə Azərbaycanda 82,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 2,4% çoxdur.

O cümlədən gələn il qeyri-neft sektoru üzrə ÜDM istehsalının dəyəri 54,2 milyard manat nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 3,3% çoxdur.

2020-ci ildə ÜDM-in 4,8 milyard manatlıq hissəsi və yaxud 5,8%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 milyard manatlıq hissəsi və yaxud 38%-i sənayenin, 6,5 milyard manatlıq hissəsi və yaxud 7,8%-i tikintinin, 32,7 milyard manatlıq hissəsi və yaxud 39,5%-i xidmətlərin, 7,3 milyard manatlıq hissəsi və yaxud 8,8%-i isə məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda 0,9% artın gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar