NEFTDƏ İTİRƏN RUSİYA QIZILLA QAZANIR – Qızıl ehtiyatının dəyəri 100 milyard dolları keçib

Qızıl Rusiyaya daha çox gəlir gətirir. Son 10 il ərzində bu ölkə diversifikasiya aparmaqla və həmçinin də, Amerika qiymətli kağızlarından tədricən imtina etməklə, öz qızıl ehtiyatını 4 dəfə artırıb. Bu onlara yaxşı dividentlər gətirib. Keçən il Rsiyanın qızıl ehtiyatı 42 faiz çoxlaraq, 109,5 miliyard dollara çatıb.

Son bir neçə ildir ki, Rusiya Mərkəzi Bankı qızılın əsas alıcısıdır, çünki prezident Vladimir Putin ABŞ-la gərgin münasibətlər üzündən dollardan asılılığı azaltmağa can atır. Əgər Rusiya öz qızılını satmaq istəsə, onda yaxşı pul əldə edə bilər. Bu gün 2010-cu ildən indiyədək qızıl ən yaxşı dövrlərini yaşayır. Bu, həmçinin Amerika-Çin ticarət müharibələri fonunda baş verir. Dünyanın iki nəhəng dövləti arasında gedən bu qarşıdurma nəticəsində qlobal iqtisadi böyüməyə ziyan dəyir və mərkəzi bankların kredit-pul siyasəti zəifləyir.

“Danska Bank”-ın Helsinki şöbəsinin strateji məsələlər üzrə mütəxəssisi Vladimir Miklaşevski deyir: “Rusiya siyasi-neytral instrumentlərin köməyi ilə makroiqtisadi sabitliyi təmin etməyi düşünür. Amerikan dolları aktivlərinin iri həcmdə qızıla dəyişdirilməsi əməliyyatı gedir. Bu cür strategiya bir neçə ay ərzində Rusiya Bankına milyardlarla dollar qazandırıb”.

Ancaq heç də bütün tədbirlər divident gətirmir. Keçən il Rusiya Mərkəzi Bankı 100 milyard dolları avroya, yuana və yenə çevirmişdi, lakin bundan sonra Çin valyutasının məzənnəsi düşmüşdü. Rusiya həmçinin ABŞ xəzinə istiqrazlarının dəyərinin yüksəlməsi dövründə yaxşı qazanc əldə edə bilərdi, lakin onlar bu fürsəti itirdilər.

Vaxtilə Rusiya İqtisadiyyat Nazirliyində işləyən və hazırda “Loko-İnvest” investisiya şirkətində çalışan Kiril Tremasovun sözlərinə görə, Rusiya öz rezervlərinin itkisini kompensasiya etmək üçün bundan sonra da qızıl almaqda davam edəcək. Hələlik bu cür strategiya müsbət effekt verir, bu il qızılın qiyməti 18% qalxıb və onun bir unsiyası 1508 dollar olub. Lakin Rusiya üçün qızılın qiymətinin qalxmasından daha mühümü onun diversifikasiyasıdır.

2011-ci ildə qızılın qiyməti rekord həddə çatanda Rusiya Mərkəz Bankı qızıl almağa başladı. Baxmayaraq ki, sonrakı illərdə qiymət düşürdü, amma bank qızıl ehtiyatını artırmaqda davam edirdi. ”İNG” bankın aparıcı iqtisadçısı Dmitri Dolqin yazıb: “Qızıl ehtiyatının böyüdülməsi prosesində mərkəzi bankın əsas hədəfinin qazanc əldə etmək oldğunu söyləmək heç də düz deyil. Çox böyük ehtimalla qızıl alınması aktivlərin diversifikasiyası ilə əlaqədardır”.

Rusiya qızıl ehtiyatının təfərrüatları

- Rusiyanın qızıl ehtiyatı 2200 tondur və dünyada beşinci yeri tutur. Keçən il Rusiya valyuta ehtiyatının dəyəri 9,5% artıb ki, bu da qızılın qiymətinin yüksəlməsindən azdır.

- Keçən il Mərkəzi Bank 106 ton qızıl toplayıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% azdır, amma hər halda bu istənilən digər ölkənin aldığı qızıldan çoxdur.

- Keçən il Rusiyanın aldığı qızıl, ilk dəfədir ki, ölkədə hasil olunan qızıldan çox olub.

Hər hansı bir ölkənin qızıl ehtiyatı onun qızıl-valyuta ehtiyatının tərkib hissəsidir. 1998-ci ilin 17 avqust tarixində Rusiyada baş verən defoltun əsas səbəbi Asiyada yaşanmış maliyyə böhranıyla əlaqədardı. Həmin vaxt Brent nefti təxminən 10 dollara satılırdı. Yəni belə bir şəraitdə Rusiyanın vəziyyətini təsəvvür edin. Vladimir Putin hakimiyyətə gələndə Rusiyanın valyuta ehtiyatı 13 milyard dollar idi və neftin bir barelinin qiyməti artıq 23 dollara yüksəlmişdi. Amma bu, Rusiyanın böyük manevrlər etməsinə imkan vermirdi. Çünki bunun üçün lazımı pul yoxdu. 2002-ci ildən neftin qiyməti tədricən qalxmağa başladı. Rusiya valyuta ehtiyatının həcmi həmişə neftin qiymətinə bağlı olub.

İndi isə bir qədər statistik məlumatlara diqqət edək, çünki bu Rusiya iqtisadiyyatının real mənzərəsinə işıq salır. Neftin qiyməti 2004-ci ilin aprelindən 2008-ci ilin iyul ayına kimi sürətli yüksəliş xəttiylə gedib. Brent markalı neftin bir barelinin qiyməti, qeyd etdiyimiz vaxt ərzində 32 dollardan 145 dollaradək yüksəlmişdi. Təbii ki, bu dövr ərzində qiymətlərdə müvəqqəti eniş-qalxışlar da olub, ancaq ümumi trend yüksəlişə doğru yönəlmişdi. Gəlin başqa dinamikaya baxaq: 2004-cü ilin aprel ayında Rusiyanın valyuta ehtiyatı 144 milyard dollardı və bu, 2008-ci ilin iyul ayında 598 milyard dollara qədər çatmışdı.

2008-ci ilin avqustunda dünya maliyyə böhranı tüğyan etməyə başlayanda, Rusiyanın o vaxtkı maliyyə naziri İqor Kudrin deyirdi ki, bu bizə təsir etməyəcək, çünki bizim böyük valyuta ehtiyatımız var. Lakin nə oldu? Altı ay ərzində Rusiya 215 milyard dollar itirdi və Kudrinin güvəndiyi həmin valyuta ehtiyatı sürətlə əriyirdi. Onu da deyək ki, böhran zamanı neftin qiyməti cəmi dörd ay ərzində 145 dollardan 35 dollaradək düşmüşdü. Əlbəttə ki, bu böhranın qarşısını müxtəlif tədbirlərlə Amerika aldı, Rusiya sadəcə olaraq, oturub nə olacağına tamaşa edirdi. Əgər ABŞ böhranın önünü kəsə bilməsəydi və ya bu böhranın kəskin fazası daha uzun sürsəydi, yəqin ki, Rusiyanın valyuta ehtiyatı tam tükənərdi. Biz 2011-20015-ci ilədək olan dövrdə neftin bir barelinin 110-120 dollar olmasını da unutmayaq. Həmin vaxt Rusiyaya dollar yağış kimi yağırdı.

İndi isə bir qədər yaxın zamana qayıdaq. 2014-cü ildə neftin qiyməti yenidən düşmüşdü və 2008-2009-cu ildəki vəziyyət təkrarlanırdı. Rusiyanın valyuta ehtiyatı yenidən əriyirdi və qısa bir müddət ərzində təxminən 120 milyard dollar itirilmişdi. Son məlumatlara görə, Rusiya Mərkəzi Bankının hazırkı valyuta ehtiyatı 530 milyard dollardır.

İqtisadi baxımdan qızıl iqtisadi canlanma yaratmaq qabiliyyətinə malik deyil, artıq qızıl standartdan çoxdan imtina edilib, bu, sadəcə ehtiyat vasitəsidir. Qızılın pul kimi gələcəkdə istifadə olunması ehtimalı aşağıdır. Dünyada qızıl ehtiyatına görə birinci yeri 8133 tonla ABŞ tutur. Rusiyanın ehtiyatı 2200 tondur. Türkiyənin qızıl ehtiyatı 314 tondur və onların ehtiyatı son üç ildə 200 ton azalıb.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

z.edalet 2019-09-13 17:12:08

t.edalet sen cox yaziq bir adamsan,oz dushmencilik sherlerinle milleti bezdirmisen.rehmetlik Vefa Wuluzadeni unutma rusiyani dagilmasini gormedi,sen de gormeyeceksen

t.ədalət 2019-09-13 17:12:08

Qızılını satmağa başlayan ölkə iqtisadi uçurumun yaxınlığında hesab olunur.Yəni,son gümanını,ehtiyatını və ümidini itirməyə doğru gedir.Adətən,ölkəni idarə etməyin düzgün yolunu tapa bilməyən,hakimiyyətə rəhbərlik etməyə qabiliyyətini itirən dövlət başçıları belə bir vəziyyətlə üzləşirlər..

Son yazılar