Gələn il Azərbaycan 1,5 milyard dollara yaxın borc qaytaracaq

Dərc olunub: 13/09/2019 - 17:06

9043dae3-a48f-422a-abdd-eb84f551b6f92020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Gələn il hökumət kredit sazişləri çərçivəsində xaricdən 559,4 milyon dollar borc almağı, daxildən isə 100 milyon manat borclanmağı planlaşdırır.

Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 8 860 milyon dollar, daxili dövlət borcunun isə 1 420 milyon manat olacağı proqnozlaşdırılır.








loading...


Fikrinizi bildirin