MALİYYƏ NAZİRLİYİ BİR İLKƏ İMZA ATDI – 2020-ci il büdcəsinin ilkin göstəriciləri açıqlandı

Maliyyə Nazirliyi “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlamaqla bir ilkə imza atıb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat xidmətinin açıqlamasında qeyd olunur. Büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə nəzər yetirdikdə görünür ki, büdcə gəlirlərinin 24484.0 mln. manat, büdcə xərclərinin isə 25617.7 mln. manat olması nəzərdə tutulub. Büdcə kəsirinin 1133.7 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da kəsirin 2019-cu illə müqayisədə 43.9 faiz azalacağı deməkdir.

Daha bir maraqlı göstərici neftin qiymətilə bağlıdır. Gələn ilin büdcəsində “qara qızılın” qiyməti 55 dollar proqnozlaşdırılıb. Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 mlrd. manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

Həmçinin, 2020-ci ildə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1.7 səviyyəsində qalacağı, inflyasiyanın cari ilin sonunda 3.7 faiz olacağı, növbəti ildə isə 4.6 faizə qədər artacağı proqnozlaşdırılır. Lakin qeyd edilir ki, sonrakı illərdə inflyasiyanın artım tempinin aşağı düşəcəyi və təkrəqəmli inflyasiyanın qorunacağı gözlənilir.

“AzPolitika”

635x100

Şərhlər

EJDER 2019-09-13 17:33:59

AYE BU MILYARDLARI NAZIRLER TEREFINDEN TALANAN ANALOQU OLMAYAN HOKUMETIN ANALOQU OLMAYAN INKIWAFININ DAYANAQLIQIDIR

Bashirov Qarib 2019-09-13 17:33:59

Dövlət budcə layihəsindən də görunduyu kimi,dollarla ifadədə budcə,2013-cu il budcəsindən təx. 24milyard dollardan 14,5 milyarda, UDM isə 65mld. dollardan,48 mld. dollara qədər tənəzzul edib.

Son yazılar