Nazirlik çörəyin bahalaşması xəbərinə aydınlıq gətirdi

İki gündür ki, Bakıda fəaliyyət göstərən bir sıra mağazalar çörəyin bəzi çeşidlərinin qiymətini artırıb.

Modern.az saytının əməkdaşı müşahidə edib ki, xüsusilə təndir çörəklərinin qiymətində artım baş verib. Belə ki, həmin çörəklər 40 qəpikdən 50 qəpiyədək bahalaşıb.

”8-ci kilometr”dəki belə mağazalardan birinin satıcısı bahalaşmanın çörəkbişirmə müəssisələrinə bağlı olduğunu deyib. Buna səbəb kimi isə guya ölkədə getdikcə taxıl qıtlığının yarandığı, Ukraynadan taxıl gətirməyin mümkün olmadığı və s. göstərilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə sentyabr ayının əvvəlində ölkədə 1 milyon 440 min tonu buğda istehsal olunduğunu bildirib.

O, taxıl istehsalında azalma olduğunu təsdiqləsə də, ölkədə istənilən qədər taxıl ehtiyatının olduğunu vurğulayıb.

”Proqnozlar bunu deməyə əsas verir ki, hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz”, - deyən nazirlik rəsmisi bildirib ki, Azərbaycanın taxıla olan tələbatının müəyyən hissəsi daxili istehsal, qalan hissə idxal hesabına ödənilir. Buğda Azərbaycana əsasən Rusiya və Qazaxıstandan idxal edilir.

Bu arada İqtisadiyyat və Sənaye Nazirliyi də paytaxta fəaliyyət göstərən bəzi mağazalarda çörəyin qiymətinin bahalaşması xəbərinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev aznews.az-a bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində heç bir qiymət artımı müşahidə olunmayıb.

“Bəzi Kütləvi İnformasiya Vasitələrində çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır. Odur ki, çörəyin, eləcə də unun və taxılın qiymətində heç bir artım baş verməyib”, - deyə Abbas Əliyev vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar