Ərdoğan İŞİD-lə bağlı ittihamlara cavab verdi - Video

"Türkiyə İŞİD-dən neft alır" ifadəsi çox çirkin ifadədir və yalandır"

Qətər Əmirliyinə rəsmi səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu-York times” qəzetində yer alan “Türkiyə İŞİD-dən neft alır” ittihamların cavab verib.

ANS TV-nin məlumatına görə, o, bu iddiaların əsassız olduğunu və Türkiyəyə atılan bir böhtan olduğunu bildirib.

“Türkiyəyə rəsmi kanallar xaricində gələn neft aşkar olunan kimi onu məhv edirik. "Türkiyə İŞİD-dən neft alır" ifadəsi çox çirkin ifadədir və yalandır. Türkiyə hər zaman terrorçulara qarşı duran bir ölkə olub. İŞİD və ya neft qaçaqmalçılığı ilə məşğul olan hər hansı bir təşkilata göz yuma bilmərik”- deyə Ərdoğan fikirlərini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar