Şirvanda orta yaşlı kişi kanalizasiya quyusuna düşərək boğulub

Şirvanda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi kanalizasiya quyusuna düşərək boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar