Amerikalı qadın plyajda «üzən» butılka tapıb – İçində məktub, azacıq pul və…

Dərc olunub: 13/09/2019 - 23:35

7Sentyabrın əvvəlində Uodlton dairəsinin (Florida) Paula Pendlton adlı-soyadlı polis serjantı Meksika körfəzindəki plyajların birində «üzən» bütılka tapıb. Butılkanın içində məktub, bir qədər pul və qeyri-adi «poroşok» dolduulmuş kisə olub.

Paula məktubu oxuyarkən, göz yaşlarıı sazlaya bilməyib. Serjant bir «post» yazıb və Uoltonunun polis şöbəsinin «Feysbuk» səhifəsində dərc edib.

Butılkadakı məktubdan bəlli olub ki, qeyri-adi «poroşok» 50 yaşlı Brayan Mallinsin yandırılmış nəşinin tozu olub. O, 2019-cu il martın 9-da ölüb. Külü butıkaya Brayanın anası qoyub. Qadın xəbər verib ki, oğlu həmişə səyahət etməyi sevib və hesab edib ki, bu yolla oğlu ölümündən sonra da «dünyanı gəgəcək».

Məktubda qadın xahiş edir ki, butılkanı tapan ona cavab məktubu yazsın, Brayanın külünü isə sonrakı səyahətə göndərsin.
Serjant Paula elə də edib. O, içərisində «kül» olan surğuçlanmış butılkanı özünün kapitan-dostuna verib. Kapitan isə butılkanı körfəzdə suya tullayıb…

Peqdlton ölmüş kişinin ailəsinə məktub göndərib, onlar isə məktubu təşəkkür sözləri ilə birlikdə «Feysbuk»da dərc ediblər.

AzPolitika.info








loading...


Fikrinizi bildirin