Falkao “Qalatasaray”a qələbə qazandırıb – VİDEO

Dərc olunub: 13/09/2019 - 23:55

falkaoTürkiyə Super Liqasında IV tur başlayıb.

APA-nın məlumatına görə, turun ilk günündə bir qarşılaşma keçirilib.

“Qalatasaray” öz meydanında “Kasımpaşa”nı qəbul edib. Matç kolumbiyalı ulduz Radamel Falkaonun “sarı-qırmızılar”ın heyətində debütü ilə əlamətdar olub.

Görüşün taleyini də cənubi amerikalı həll edib. 38-ci dəqiqədə qol sevinci yaşayan R.Falkao “Qalatasaray”a üç xal qazandırıb. Bu, mövsümə yaxşı başlamayan istanbulluların mövsümdə ikinci qələbəsi olub.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-16-da keçiriləcək.

Türkiyə Super Liqası
IV tur
13 sentyabr
“Qalatasaray” – “Kasımpaşa” – 1:0
Falkao, 38








loading...


Fikrinizi bildirin