Naxçıvanda Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənib

Naxçıvan Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənib. "Report" xəbər verir ki, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin 6.3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

Şuranın sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Şuranın üzvləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, AMEA Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Naxçıvan Dövlət Universitetinin rektoru təyin ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar