Qəzzada İsrail hərbçiləri dinc əhalini atəşə tutub

Qəzza zolağında işğalçı İsrail ordusu dinc fələstinliləri atəşə tutub. Bunun nəticəsində azı 55 fələstinli xəsarət alıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə anklavın səhiyyə naziri Əşrəf əl-Kidra deyib. Daha əvvəl 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Ə.əl-Kidra bildirib: "Bu gün Qəzza zolağında saat 19:30 üçün anklavın şərq sərhədlərində İsrail ordusu ilə toqquşmalarda azı 55 fələstinli xəsarət alıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar