Azərbaycana gələn qaçqınlarla bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycana gələn qaçqınlarla bağlı yeni qaydalar və təlimatlar müəyyənləşir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əlavələr edilir.

Qanunun 18-ci maddəsinə edilən 1.3-cü əlavəyə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin himayə müddətində olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən nümayəndəliyin məlumatları əsasında aparılacaq.

Maddəyə edilən daha bir əlavəyə görə, əcnəbinin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə anketi və pasportunun surəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatına daxil edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar