İlyas İsmayılov seçicilərilə görüşüb

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat seçildiyi 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin ərazisində bir sıra görüşlər keçirib. Bu gün İ.İsmayılov Tovuz rayonunun Aşağı Mülkülü kənd sakinləri ilə görüşərək, onların vəziyyəti ilə maraqlanıb, təkliflərini dinləyib. Kənd sakinləri ilkin olaraq deputatlarına təşəkkür ediblər ki, mütəmadi olaraq onlarla görüşə gəlir.

Daha sonra onlar kəndin aşağı hissəsində artezian quyusunun qazılıb istifadəyə verilməsində göstərdiyi köməkliyə görə İ.İsmayılova minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər bu artezianın işləməsi ilə bu yay kəndin su probleminin azı 30 faizi aradan qaldırılıb. Buna görə kənd sakinlərinin bir qismi həm bol məhsul əldə edib, həm də içməli su ehtiyaclarını ödəyiblər. Kəndin mərkəzi hissəsində daha bir artezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirən seçicilər İ.İsmayılovdan bu problemin də həlli üçün müvafiq köməklik göstərilməsini xahiş ediblər.

Ölkə başçısının sərəncamı ilə rayon mərkəzi ilə Aşağı Mülkülünü birləşdirəcək avtomobil yolunun yenidən çəkiləcəyi xəbərini də sakinlər razılıqla qarşıladıqlarını bildiriblər.

Daha sonra İ.İsmayılov kənd sakinlərini maraqlandıran sullara cavab verib. Milli Məclisin deputatı kimi qanun yaradıcılığı barədə fəaliyyətindən danışıb. Sakinlərin qarşılaşdıqları problemlərin bir çoxunun öz güclərinə həll edilməsinin mümkünlüyünü vurğulayaraq, bütün problemlərin dövlətin üzərinə atılmasının düzgün olmadığını deyib. İ.İsmayılov bunun üçün daxili istək və təşəbbüs lazım olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar