VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI –  "Toyuq-cücə də saxlayıram...” + FOTO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

635x100

Şərhlər

oxucu 2019-09-14 10:29:46

İNANAN DAŞA DÖNSÜN. PAYIN PALÇIQ OLSUN

Sherik 2019-09-14 10:29:46

Azerpowtun indiki baw direktoru Emin Efendiyev de Vidadinin tayidir...

Rabitəci 2019-09-14 10:29:46

Rabitənin milyonlarını talayan Əli Abbasov oturub evində oğurladığı milyonların üstündə qurbanlıq vidadi zeynalov ömrünün 4 ilə yaxının türmədə oturdu indidə kəntdə nazirinin xəbəri olmadan 1 metr belə kabel ala bilməzdilər vidadi zeynalov bütün kasıb kusubun imkansızın xeyri şəri olanların yanında olub Bütün bu yazıları məksədli olaraq ... fikiri özündən uzaqlaşdırmaq ücün yazdırtdırır

Köhnə azərbaycanlı 2019-09-14 10:29:46

Lap ürəyim ağradı. Can-can... Əli milyonlarla oynayan Vidadi müəllim indi quş yemi ilə oynayır. Vİdadi müəllimə humaitar yardım göstərmək lazımdır...

avam şofer 2019-09-14 10:29:46

Deyilənə görə induşka saxlamaqda xeyir gətirir....

Quli 2019-09-14 10:29:46

Belə bir söhbət eşitdim ki, Vidadi Zeynalovu həmin restoranda görüblər.Keyfi xeyli yuxarıymış və kresloya yayxanıb Z.Xanlarovanın "Dünyanın xöşbəxti mənəm dünyada" mahnısına polnı xod verib qulaq asırmış.Zarafatla sorublar ki, "Vitya Zeynəbin fanatısan deyəsən?" Vidadı nə cavab versə yaxşıdı.Deyib:"Əşi ay bixəbərlər,vaxtı ilə bu mahnını mən spesalnı zakaz edib yazdırmışdım məhz spesalnı bu günüm üçün." Kişinin ogrulugu, dələduzlugu azmış hələ bir Hotradamuslugu da varmış-50 il qabagı görüb.Molodets VİTYA.

alı 2019-09-14 10:29:46

dövləti çapıb-dagıdırlar, sönra ütündən bir çimdik qaytarırlar, 1-2 il də sanatoriya rejimli dustaqxanada istirahət etdirirlər ki, bəs bu pulları çırpışdırarkən əziyyət çəkmisən, yorulmusan, dincəl.Ara sənkiyəndən sonra da buraxırlar ki, halal-halal xoşun olsun, yəgdırın nəsilbə nəslinə bəs edəcək, indi get 3-4 restorandan zaddan aç, otur içində ömrünün qalan hissəsini də gef ilə yaşa.

EJDER 2019-09-14 10:29:46

MALADES,OQURLA ,ANALOQU OLMAYAN INKIWAF ELE...BELE HAKIMIYYETE VE ANALOQU OLMAYAN HOKUMETE

Rabitəçi 2019-09-14 10:29:46

" Rabitə işi"nin çetesində vidadi zeynalovnan yanaşı adları hallanan nazir müavini elmir vəlizadə,nazirliyin poçt sektorunun müdiri novruz məmmədov, Azərpoçtun baş direktor müavini rəsul bayramov və sübhan kazımov öz kreslolarını qoruya biliblər..? Rabitənin inkişafı üçün Rabitə nazirliyində və tabeli strukturlarında köklü kadr islahatları aparılmalıdır ? Rabitənin əvvəlki nüfuzunu özünə qaytarmaq üçün, qanunsuz işdən azad olunan peşəkar rabitəçilər öz sahələrinə bərpa olunmalıdırlar..

Son yazılar