“HANI MƏNİM SEVİMLİ DİKTATORUM?” – Tramp bu sözləri kimin haqqında dedi?

Dərc olunub: 14/09/2019 - 11:07

watch_president_usa_2ABŞ prezidenti Donald Tramp Misir prezidenti Abdel Fəttah əs-Sisini özünün “sevimli diktatoru” adlandırıb. Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazır.

Nəşrin yazdığına görə Fransanın Biarrits şəhərində bu günlərdə keçirilən“Böyük yeddilər” (G7) sammiti zamanı Tramp əs-Sisi ilə görüşməliydi. Lakin Misir prezidenti görüşə bir qədər ləngiyib. Bu zaman Tramp zarafatla səslənib: “Hanı mənim sevimli diktatorum?”.

Üstəlik ABŞ prezidenti bu sözləri elə hündürdən deyib ki, onu Misir nümayəndə heyətinin üzvləri də eşidiblər.

Bu il iyunun 30-da Tramp Yaponiyanın Osaka şəhərində G20 sammitində iştirakının ardınca Cənubi Koreyadakı Osan ABŞ hərbi bazasında çıxışı zamanı da “diktatorlarla görüşü” haqda danışmışdı. “Mən orada demək olar bütün liderlərlə görüşdüm, prezidentlərlə, baş nazirlərlə, diktatorlarla görüşdüm”,-Tramp bildirib. Amma diktator dedikdə kimləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Əslində Trampın diktatorlara qarşı antisimpatiyası haqda danışmaq doğru olmazdı. ABŞ prezidenti dəfələrlə sərt, avtoritar üsul-idarəçiliyə malik olan ölkələrin liderlərini tərifləyib. Onun administrasiyasının dövründə ABŞ-ın dünyada insan haqları və demokratiyanın müdafiəsinə yönəlmiş səyləri xeyli zəifləyib. Bununla belə Tramp bəzi diktatorları, məsələn, Venesuela prezidenti Nikolas Maduronu devirmək üçün açıq-aşkar cəhdlər göstərib. Hərçənd bu cəhdlər hələlik nəticə verməyib.








loading...


Fikrinizi bildirin