“RÜŞVƏT İSTƏYƏN MƏMURLARI GÜLLƏLƏYİN!” – Prezident xalqa müraciət etdi

Öz qeyri-adi və sərt qərarları ilə tanınan Filipin prezidenti Rodriqo Duterte vətəndaşları onlardan rüşvət tələb edən məmurları güllələməyə çağırıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, prezident özü şəxsən buna icazə verdiyini deyərək, belə məmurları yalnız ayaqlarından güllələməyi məsləhət görüb.

Duterte rüşvət istəyən məmuru ayağından güllələyənləri həbs cəzası gözləmədiyini, uzağı müəyyən fiziki cəza alacaqlarını deyib: “Əgər siz vergi və sair müəyyən edilən ödənişləri edirsinizsə və bu axmaqlar sizdən rüşvəti tələb edirlərsə, onları vurun. Əgər sizdə silah varsa, onlara atəş aça bilərsiniz. Amma onları öldürməyin, çünki əks halda siz təhqiqatlar nəticəsində əfv olunmaya bilərsiniz".

Prezidentin fikrincə, korrupsiya Filipinin çox ciddi probleminə çevrilib. "Bu, demək olar ki, hökumətdə təmsil olunan hər kəsin daxilində olan bir qurddur" deyən ölkə başçısı, vətəndaşları öz hüquqlarını müdafiə etməyə, korrupsiya əməli haqqında məlumat verməyə çağırıb.

R.Duterte hətta deyib ki, əgər bu haqda ona məlumat verilsə, şəxsən özü həmin məmuru yanına çağıracaq və vətəndaşa rüşvət tələb edən məmurun üzünə sillə vurmağa icazə verəcək.

2016-cı ilin mayında prezident postunu tutan və ixtisasca hüquqşünas olan, uzun müddət vəkil işləmiş R.Duterte qanunu pozanlarla, xüsusilə də narkotik ticarətilə məşğul olanlarla mübarizədə çox sərt və qəddar üsullardan istifadə etməsilə tanınıb. Hətta çoxlu sayda qanun pozucusunun məhkəməsiz, sorğu-sualsız güllələnməsinə dair məlumatlar mövcuddur. BMT ekspertləri və hüquq-müdafiə təşkilatlarının çoxsaylı müraciətlərinə və tənqidlərinə bvaxmayaraq, Filipin prezidenti öz metodlarından imtina etmək niyyətində deyil.

“AzPolitika”

635x100

Şərhlər

Muxtarov 2019-09-14 14:32:36

Hörmətli AzPolitikanın rəhbəri görəsən sənə AZNEFTKİMYAMAŞın,SMZ rəhbərliyi neçə milyon veriblər ki,yazdığım həqiqətləri 2 gündür dərc etmirsən.Bax budur bizləri rüşvətə aparan yollar...

alamdar 2019-09-14 14:32:36

bizde bele bir qanun cixsa genosid olar

fikrət 2019-09-14 14:32:36

bizdə isə rüşvət vermiyəni ğüllələyin !!!!!

Məhəbbət 2019-09-14 14:32:36

Kaş biz də də cənab Prezident belə bir qərar verəydi.Dəhşətdir bizim məkanda.Bizim məkanda görəsən “RÜŞVƏT”almayan varmı?Mən yenə qayıdıram “AZNEFTKİMYAMAŞ”a və onun nəzdində olan zavodlar.Hansısa telefon oğrusunu,cibgiri,narkotik alverçisini dərhal Hüquq-mühafizə,Prokuror orqanları tərəfindən həbs edirlər və dərhal da televiziya ekranlarında xəbərlər proqramlarında əks etdirirlər ki,”biz cinayətkarları tutub həbs etdirdik”.Aıncaq? Ancaq Nəhəng “AZNEFTKİMYAMAŞ”ı və onun nəzdində olan z-dları talayan,bahalı dəzgah və avadanlıqları,əmlakı satıb milyardlara bərabər varidata sahib olan, z-dlarda 10 manatlıq dəyəri olan hansısa işi 1000 manata sənədləşdirib mənimsəyən “krısalar”a heç güldən ağır söz də deyən yoxdur.Olmaz da,ona görə ki, həmin “korrupsionerlər” Nazirlər Kabinetinə,VN,DİN,Res.Prokurorluğuna,DTX –nə diplomatlarla rüşvəti verib ağızlarını bağlayıblar.Adətən hansısaNazırlik, Dövlət müəsisəsi,İstehsalat birliyi,z-d,fabriklər bağlanmamışdan öncə Prezidentin xüsusi fərmanı ilə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Vergilər Nazırliyindən ,Hesablama Palatasından xüsusi yoxlama göndərili.”Sabayıl Maşınqayırma Zavodu”nu talayan,məhv edən,bahalı dəzgahları satıb əvəzində bahalı dəzgahların adından “NİKOLAY”dövrün dəzgahlarını Balaxanı Maşınqayırma Zavoduna sırıyan Əli İsmayılovu və onunla əlbir olanlar heç güldən ağır söz də deyən yoxdur.Ancaq söz deyən tapılacaq.Prokuror ,DİN,DTX,VN,NK buna görəsən nə vaxta qədər göz yumacaqlar.Qoy yumsunlar.Əsas sənədlər cənab Prezidentə çatan kimi hər şey həll olunacaq.

Qaqili 2019-09-14 14:32:36

Allah atova anova rehmet elesün

Son yazılar