Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. "Report"un məlumatına görə, açılış matçında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gəlib. "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşmada meydan sahibləri uduzub - 1:2. Hesabı 5-ci dəqiqədə qonaq komandadan Xulio Sezar Rodriges açıb. 16-cı dəqiqədə isə "Zirə"nin daha bir futbolçusu Tellur Mütəllimov topu öz qapısına göndərib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Şefik Tiqruca qoyub.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 3 xalla 6-cı pillədə qalıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar