“Cübbəli Əhməd”in kürəkəni bahalı tenderlər udub?

Türkiyə cəmiyyətində “Cübbəli Əhməd” kimi tanınan və heç də birmənalı qarşılanmayan təriqət lideri Əhməd Mahmud Ünlü ilə bağlı maraqlı iddialar səsləndirilib. “AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, parlamentin CHP-dən olan deputatı Alpay Antmen məclisdə Ə.Ünlünün kürəkəninə aid şirkətin ölkə bələdiyyələrindən və  digər qurumlardan bahalı layihələr, tenderlər qazandığını, yüksək məbləğlərdə yardımlar aldığını iddia edib.

CHP-li millət vəkiliiddia edibb ki, “Cübbəli Əhməd”ə həmçinin torpaq əraziləri, binalar və maddi dəstək göstərilib. CHP-li yazarların fikrincə, Ə.Ünlüyə göstərilən bu dəstək təsadüfi deyil və onun hakimiyyətə münasibətindən qaynaqlanır. Belə ki, hakim dairələrə yaxın şəxs kimi tanınan təriqət lideri hətta İstanbulda keçirilən son bələdiyyə seçkisində dindarlara səslənərək, CHP-nin namizədi Əkrəm İmamoğluna səs verməyin haram olduğunu bildirdiyi iddia edilir.

CHP buna görə hakimiyyəti Fətullah Gülənin təşkilatının fəaliyyətindən dərs çıxarmayaraq, yenə də təriqət liderlərilə iş birliyinə getməkdə, onlara şərait yaratmaqda günahlandırıb.

AKP-dən isə bütün bu iddiaların əsasız olduğu  bildirilib.Cübbəli Əhməd” kimi tanınan Əhməd Mahmud Ünlünün kürəkəni olan iş adamı Esat Palazoğlunun "Adstation Reklam" şirkətinin ötən illər ərzində o qədər böyük olmayan bir neçə tenderin qalibi olduğu, bunda da heç bir qanun pozuntusunun olmadığı vurgulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar