Mehriban Əliyeva İsmayıllı rayonuna səfər etdi - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mehriban Əliyeva İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar