BOLTONU KİM ƏVƏZ EDƏCƏK? - Trampın namizədinin adı açıqlanıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi postuna girovlar üzrə xüsusi nümayəndə Robert Obrayen iddia edir. Onun namizədliyini prezident Donald Tramp nəzərdən keçirir. Bu barədə «The Washington Post» qəzeti xəbər verib.

Obrayeni eyni zamanda ABŞ dövlət katibi Maykl Pompeo, ABŞ silahlı qüvvələri qərargah rəisləri Komitəsi rəisinin müavini Rikki Uoddel və İran üzrə ABŞ-ın xüsusi numayəndəsi Brayan Huk da dəstəkləyir.

Obrayendən başqa iddialılar sırasında ABŞ vitse-prezidenti Mayk Pensin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kit Kelloqq, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Bigen və ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar