Dünya çempionatı: Güləşçilərimiz Olimpiya lisenziyası uğrunda mübarizəyə başlayır

Dərc olunub: 15/09/2019 - 09:25

4577cd50-e695-4a84-9bf2-3eadd6ae55d7Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67 kq, 87 kq və 97 kq çəki dərəcələrində mübarizə gedəcək.

“Report” xəbər verir ki, ilk yarış günü ilə müqayisədə bugünkülər olimpiya çəki dərəcələri sayılır.

Hər çəkidə ilk “6-lığ”a düşən pəhləvanlar olimpiadaya lisenziyanı təmin edəcəklər. Bunun üçün ən azı yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Azərbaycanı bu çəkilərdə dünya çempionu, “Bakı 2015″ I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev, builki Avropa çempionatının və “Minsk 2019″ II Avropa Oyunlarının gümüş mükafatçısı İslam Abbasovla yanaşı, Orxan Nuriyev təmsil edəcək. Onlardan Çunayev mübarizəyə təsnifat, Abbasovla Nuriyev isə 1/16 final mərhələsindən başlayacaq.

Dünya çempionatı

15 sentyabr

67 kq

Təsnifat. Rəsul Çunayev – Mate Kraşnay (Macarıstan)

87 kq

1/16 final. İslam Abbasov – Qurami Xetsuriani (Gürcüstan)

97 kq

1/16 final. Orxan Nuriyev – Yerulan İskakov (Qazaxıstan).








loading...


Fikrinizi bildirin