Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb

Dərc olunub: 15/09/2019 - 09:35

 

SONY DSCPaytaxtda mənzildən kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadla məlumatına görə,”112″ qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Oleq Ladimireviç Aleksandrovun meyitini aidiyyəti üzrə təhvil veriblər.








loading...


Fikrinizi bildirin