Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb 

Dərc olunub: 15/09/2019 - 09:58

cunayevAzərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Rəsul Çunayev mübarizəyə qələbə ilə başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı təsnifat mərhələsində macar Mate Kraşnaya vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

Çunayevin 1/16 finaldakı rəqibi cənubi koreyalı Hansu Ryu olacaq.








loading...


Fikrinizi bildirin