Netanyahu yenidən baş nazir seçilsə... - Ehud Barakdan xəbərdarlıq

Binyamin Netanyahu yenidən İsrailin Baş naziri seçilərsə, ölkədə demokratiya təhlükədə olacaq.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Təl-Əvivdə keçirilən mitinqdə İsrailin keçmiş Baş naziri Ehud Barak deyib.

O bildirib ki, Netanyahu seçkilərdə qalib gəlməsə, saxtakarlığa yol verildiyini iddia edəcək.

İsrailliləri seçkilərdə səs verməyə çağıran Barak deyib: "Bu seçkilər İsrail demokratiyası üçün böyük önəm kəsb edir. Çərşənbə axşamı keçiriləcək seçkilərdə Netanyahu qalib gələrsə, İsrail demokratiyası təhlükə altında qalar".

Mitinqə qatılan nümayişçilər isə üzərində Netanyahuya "Cinayətkar nazir", "Yalançı", "Korrupsioner baş nazir" kimi sözlər yazılan plakatlarla etiraz ediblər.

Xatırladaq ki, apreldə İsraildə parlament seçkiləri keçirilsə də, koalisiya hökuməti vaxtında qurulmadığı üçün 17 sentyabrda seçkilərin yenidən keçiriləcəyi elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar