Rəsul Çunayev dünya çempionatının 1/16 finalında məğlub olub 

Dərc olunub: 15/09/2019 - 10:44

078a7a8c-3c09-4af7-b0f4-fb402fc24ccbAzərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev 1/16 final görüşünə çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının rəqibi cənubi koreyalı Hansu Ryu olub.

İlk yarıda 0:1 hesabı ilə geri düşən Çunayev ikinci hissədə də vəziyyəti dəyişə bilməyib. Nəticədə o, 1:2 hesabı ilə uduzaraq, ümidini təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün Ryu finaladək irəliləməlidir.






loading...


Fikrinizi bildirin